Thursday, July 29, 2021

KEÇMİŞİ UNUTMA, BU GÜN İLƏ YAŞA, GƏLƏCƏYƏ İNAN!

KEÇMİŞİ UNUTMA, BU GÜN İLƏ YAŞA, GƏLƏCƏYƏ İNAN!

 Özünüzü bir otaqda təsəvvür edin. Hər yer qaranlıqdır, siz sadəcə varsınız. Bu sizsiniz- bu insandır: sadəcə qara içi boş qabıq. Birdən bu zülmət qaranlığın içində bir işıq parıltısı görürsünüz: o sizi çağırır. Bu işıq elə bil sizə nə isə vəd edir. Bəli, o sizin keçmişinizdir, gələcəyi vəd edən ümid açarınız. İşıq getdikcə güclənir, artıq bütün otağı aydınlada bilir, xatirələr yavaş-yavaş öz yerini tutur. O içiboş qabıq- insan böyüyür, formalaşır, özü ilə bərabər xoş xatirələri ilə ətrafı işıqlandırır. Amma bu nədi? Bir şey o işığın bütün otağa yayılmasını əngəlləməyə çalışır, o torantı görüntünü tam şəkildə görməyimizə maneə yaradır. Bu keçmişin peşmanlıqlarıdır. Həmin peşmanlıqlar ki, illərdir aydınlatmağa çalışdığımız mənəviyyatımızı, daxili aləmimizi hər an yenidən qaranlığa boğa bilər. İnsan özünü dərk etdiyi andan ölümünə kimi bu maneə ilə savaşır, onun bu gününü məhv etməsinə imkan vermir. Və beləcə bu günü yaşayır. O toranlıqda güclə görünən xatirələr onun gələcəyinin təminatıdır: eyni səhvləri etməməsi üçün xəbərdarlıq siqnalıdır.
  Və gələcək... Gələcək nə insan adlandırdığımız otaq, nə keçmiş adlandırdığımız işıq, nə də bu gün dediyimiz otaqdakı əşyalardır. Gələcək sizin xəyallarınızdır. O otaq indi belədir, amma xəyal- gələcək sayəsində hər an dəyişə bilər. Bəlkə güclə sezilən peşmanlıqlar aydınlanar, normal xatirəyə çevrilər, ya da əksinə, bu gün aydın olan yer sabah həyatının peşmanlığına çevrilər... Bunu bilməyin cəmi bir yolu var: YAŞAMAQ
 İnsan həyatı ,əslində, onun keçmişi, bu günü, gələcəyidir. Ona görə də keçmişdəki peşmanlıqlardan dərs çıxararaq bu gününüzü yaradın və nə olursa, olsun, ümidinizi itirmədən gələcək xəyalı ilə yaşayın!


KEÇMİŞİ UNUTMA, BU GÜN İLƏ YAŞA, GƏLƏCƏYƏ İNAN!

KEÇMİŞİ UNUTMA, BU GÜN İLƏ YAŞA, GƏLƏCƏYƏ İNAN!  Özünüzü bir otaqda təsəvvür edin. Hər yer qaranlıqdır, siz sadəcə varsınız. Bu sizsiniz- bu...